MEGAHOME MƏXFİLİK SİYASƏTİ

Megahome-a xoş gəldiniz! Megahome - ev əşyalarının onlayn alış-verişinə, evin dizaynına və təmirinə həsr olunmuş bir onlayn platformadır. Megahome ev sahiblərini, mütəxəssisləri və ev əşyaları satıcılarını bir araya gətirir. Megahome vasitəsi ilə insanlar evlərinin təmiri və dizaynı ilə əlaqəli məhsul və xidmətləri tapa bilər və bu məhsulları texnologiyamız vasitəsilə evlərində görə bilərlər.

Hazırki Məxfilik Siyasəti Megahome'ın hansı şəxsi məlumatlarını necə toplayacağı, Megahome'un bu məlumatı necə istifadə etməsi, bu məlumatın necə paylaşıla biləcəyi və bu məlumatlara dair seçim və hüquqlarınız izah edilir. Platformaya daxil olmaq və istifadə bu Məxfilik Siyasətinə tabedir.

1.	MƏLUMATIN TOPLANILMASI
Megahome siz tərəfdən, üçüncü şəxs tərəfindən və Platformadan istifadə etdiyiniz zaman platformaya verdiyiniz məlumatları avtomatik olaraq toplayır. Cookies və oxşar texnologiyalardan istifadə edərək cihazınızla əlaqəli məlumatları toplayırıq. Məkanınız barədə məlumat da ala bilərik.
1.1.	Megahome hesab və profil məlumatlarınızı, Platformaya təqdim etdiyiniz və ya göndərdiyiniz məzmunu, satınalma məlumatlarınızı, ünsiyyətlərinizi və sorğu və yarışmaların bir hissəsi olaraq bizə verdiyiniz məlumatları daxil olmaqla, bizə təqdim etdiyiniz məlumatları toplayır.
1.2.	Platformada bir hesab yaratdığınızda, adınız, e-poçt adresiniz, cinsiyyət, yaş və profil məlumatları kimi bizə verdiyiniz məlumatları toplayırıq.
1.3.	Platformaya yerləşdirdiyiniz və ya paylaşdığınız məlumatları və məzmunu, o cümlədən şəkillərinizi, şərhlərinizi, rəylərinizi, axtarışlarınızı, foto qeydlərinizi, İdeabookları və müzakirələrinizi toplayırıq.
1.4.	Platformada məhsul alırsınızsa və ya satırsınızsa, telefon nömrəniz, ünvanınız və ödəniş üsulunuz (məsələn, kredit kartı və ya bank hesabı məlumatı) kimi alış və satışlarınızı həyata keçirmək üçün müəyyən məlumatlar toplayırıq.
1.5.	Bizimlə ünsiyyət qurduğunuzda (e-poçt, telefon, Platforma vasitəsilə və ya başqa şəkildə) və Platformanı başqaları ilə əlaqə qurmaq üçün istifadə etdiyiniz zaman, ünsiyyətlərinizin bir nüsxəsini saxlayırıq. Mütəxəssislərlə, Satıcılarla və Platformadan kənar istifadəçilərlə ünsiyyət etdiyiniz təqdirdə bu ünsiyyat bu Məxfilik Siyasətinə tabe deyil.
1.6.	Sorğularımızda, müsabiqələrimizdə və ya reklamlarımızda iştirak etsəniz, sizin təqdim etdiyiniz məlumatları toplayacağıq.
1.7.	Megahome, sizin məlumatlarınızı bizimlə paylaşmaq icazəsini alan üçüncü tərəf platformalarından sizin haqqınızda məlumat ala bilərik. Facebook və ya Google üzərindən Platformaya üzv olmağı seçsəniz, o platformalar tərəfindən müəyyənləşdirildiyi kimi müəyyən məlumatları bizimlə paylaşmağınız tələb olunur.
1.8.	Digər insanlar sizin haqqınızdakı məlumatları (məsələn, fotoşəkillərin və ya hekayələrin bir hissəsi kimi) platformaya daxil edə bilər. Mütəxəssis və ya satıcısansa, ictimaiyyətə açıq mənbələrdən sizin haqqınızda məlumat toplaya bilərik və onu Platformanın bir hissəsi kimi təqdim edə bilərik. 
1.9.	Tərəfdaşlarımızdan sizin haqqınızda məlumat ala bilərik. Məsələn, ödəniş prosessorlarımız ödəniş məlumatlarınızı yeniləyə bilər, reklam tərəfdaşları bizə məlumatları ünvanınıza göndərməyimizə kömək edə bilər və üçüncü tərəflər əlaqə məlumatlarınızı təsdiqləyərək saxtakarlığın qarşısını almağa kömək edə bilər.
1.10.	Megahome Platformadan istifadənizi , o cümlədən axtarış fəaliyyətiniz, baxdığınız səhifələr, ziyarət tarixi və vaxtı barədə məlumat toplayır. Megahome Platformadan istifadə ilə əlaqədar olaraq cihazınızın bizə verdiyi Brauzerinizin növü, cihazın növü, brauzer dili, IP ünvanı, mobil daşıyıcı, unikal cihaz identifikatoru, yerləşim və istənən və istinad edilən URL-lər kimi məlumatları toplayır.
1.11.	Megahome platformadan istifadə zamanı nə gördüyünüzü, maraqlandığınızı və baxış keçirdiyinizlə əlaqədar Cookies texnologiyasından vasitəsilə əlaqəli məlumatları toplamaq üçün istifadə edirik. Bu fayllar veb-saytın və onun əlavələrinin istifadəsini yüngülləşdirmək məqsədi ilə, platformanın xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə (həmçinin təhlükəsizlik), həmçinin reklam məqsədi ilə istifadə olunur.
1.12.	Əgər brauzeriniz və ya mobil cihazınız vasitəsilə qəbul edərək təsdiq etsəniz, Megahome sizin cihazınızın yerləşimi haqqında məlumatı alacaq, və eyni zamanda IP ünvanınızdan ümumi yerinizi təyin edə bilərik. Əlavə olaraq, ünvanınızı profil bölməsinı və ya məhsul aldıqda çatdırılm və ya ödəniş ünvanı olaraq bu məlumatı Platformaya daxil edərək bizə məlumat vermənizi seçə bilərsiniz.

2.	  MƏLUMATIN İSTİFADƏSİ
Toplanılan məlumatlar platformanın və onun əlavələrini dəstəkləmək, onların istifadəsini yüngülləşdirmək məqsədi ilə, platformanın xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə (həmçinin təhlükəsizlik), həmçinin əlaqə yaradmaq məqsədi ilə istifadə olunur. Bu məqsədlərə aşağıdakılar daxildir:
2.1.	Platformanın funksionallığını təmin etmək və inkişaf etdirmək, o cümlədən paylaşdığınız məzmunu ictimaiyyətə nümayiş etdirmək; Platforma vasitəsilə satınalmalarınızı yerinə yetirmək; kommunikasiyalarınızı həyata keçirmək və saxlamaq; müştəri xidmətləri və dəstəyi təmin etmək; sorğularınıza və ya suallarınıza cavab vermək; sistemlərimizin ehtiyat nüsxəsini çıxarmaq; və Platformanın təhlükəsizliyini artırmaq;
2.2.	Platformanı iş məqsədlərimiz üçün istifadəsini nəzərdən keçirmək və məhsul və xidmətlərimizi, o cümlədən yeni məhsul və xidmətlər və Platformanın funksionallığını inkişaf etdirmək;
2.3.	Platformada olan mütəxəssislərə və satıcılara rəy bildirmək;
2.4.	sizinlə bağladığımız müqavilələrdə və bu Məxfilik Siyasətində təsvir olunduğu kimi sizinlə əlaqə qurmaq;
2.5.	fırıldaqçılığın qarşısını almaq və iş məqsədlərimizə görə keyfiyyətli istifadəçi təcrübəsi təmin etmək və ya qanuni səbəblərə görə, o cümlədən sizinlə bağladığımız müqavilələri pozan spam və əlaqələr üçün filtr etmək;
2.6.	to enforce compliance with our agreements with you (for example, the Terms of Use) and applicable law; to comply with our legal obligations; to prosecute or defend a lawsuit, arbitration, or similar legal proceeding; to respond to lawful requests by public authorities (including national security or law enforcement requirements);
2.7.	Sizinlə bağladığımız müqavilələrə (məsələn, İstifadə şərtləri) və tətbiq olunan qanunlara uyğunluğunu təmin etmək; qanuni öhdəliklərimizə riayət etmək; məhkəmə iddiası, arbitraj və ya buna bənzər məhkəmə prosesini icra etmək və ya müdafiə etmək; dövlət orqanlarının qanuni tələblərinə cavab vermək (milli təhlükəsizlik və ya hüquq mühafizə tələbləri daxil olmaqla);
2.8.	iş məqsədlərimiz üçün araşdırma və təhlil aparmaq; və
2.9.	if you decide to participate, to administer surveys, contests, and promotions.
2.10.	iştirak etmək qərarına gəlsəniz, anketlər, müsabiqələr və reklamlar həyata keçirmək.

3.	MƏLUMATLARINIZI PAYLAŞMAQ VƏ BÖLÜŞMƏK
We do not rent or sell your personal contact information (such as your email address associated with your account registration) to third parties to use for their own marketing purposes. We share information in the following ways:
Şəxsi əlaqə məlumatlarınızı (profilinizin qeydiyyatı ilə əlaqəli e-poçt adresiniz kimi) üçüncü tərəflərə öz marketinq məqsədləri üçün istifadə etmək üçün icarəyə vermir və satmırıq. Məlumatı aşağıdakı yollarla paylaşırıq və bölüşürik:
3.1.	Platforma ziyarətçiləri və istifadəçiləri. Platforma vasitəsi ilə, başqaları istifadəçi adınız  vasitəsilə daxil olmaqla profilinizi və ictimai fəaliyyətinizi tapa bilər, əlaqə saxlaya bilər, baxa və izləyə bilər. Profilinizi və məlumatlarınızı Hesab məlumatları bölməsində dəyişdirə və tənzimləyə bilərsiniz. Məlumatlarınızı və digər vasitələrinizi istifadə edərək onları şəxsi hala, yəni ictimaiyyətə bağlı hala gətirmədiyiniz təqdirdə, İdeyalarınız, şəkilləriniz, layihələr, müzakirələr, sosial media profilləri, istifadəçilə üçün açıq olacaqdır. İctimaiyyətə açıq olması üçün seçdiyiniz hər hansı bir məlumat və ya məzmundan istifadə edənlərin və istifadəçilərin istifadə etməsinə nəzarət edə bilmirik.
3.2.	Xidmət təminatçıları və Platformanın Tərəfdaşları. Məlumatlarınızı bu Məxfilik Siyasətində təsvir olunan istifadələrimiz üçün lazımlı olduğu halda başqaları ilə bölüşə bilərik və onlardan bu məlumatların istifadəsini məhdudlaşdırmalarını xahiş edirik. Bundan əlavə, məlumatınızı üçüncü tərəf ilə bölüşməyə xüsusi razılıq verirsinizsə, məsələn, üçüncü tərəflə sponsor olduğumuz bir yarışma və ya təqdimatın bir hissəsi olaraq, əlaqə məlumatlarınızı həmin üçüncü tərəf ilə paylaşa bilərik.
3.3.	Reklamçılar və reklam şəbəkələri. Üçüncü tərəf saytlarında reklam vermək və reklamımızın effektivliyini qiymətləndirmək üçün reklam şəbəkələrindən və oxşar şirkətlərdən istifadə edirik. Platformada reklam vermək üçün reklam tərəfdaşları ilə işləyə bilərik. Bu tip şirkətlər Cookies və oxşar texnologiyalardan istifadə edirlər. Platformadaki reklam şəbəkələri, reklam tərəfdaşları və müəssisələrimizi məcmu məlumatla təmin edə bilərik, lakin hasil edilmiş məlumatlar və ya cihaz identifikatorlarından başqa, adınızı, əlaqə məlumatlarınızı və ya digər şəxsi məlumatlarınızı açıqlamırıq. Platformada reklam verən müəssisələr də, platformamızdakı fəaliyyətinizi izləmək üçün cookies və ya oxşar texnologiyalardan istifadə edə bilər.

4.	COOKİES VƏ OXŞAR TEXNOLOGİYALAR
4.1.	Platforma informasiyanın saxlanılması üçün cookies fayllarından, veb-mayaklardan və başqa oxşar texnologiyalardan istifadə edə bilər. Bu fayllar veb-saytın və onun əlavələrinin istifadəsini yüngülləşdirmək məqsədi ilə, platforma xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə (həmçinin təhlükəsizlik), həmçinin reklam məqsədi ilə istifadə olunur.
4.2.	Platforma tərəfindən İstifadəçidən alınan istənilən informasiya, həmçinin cookies fayllarının İstifadəçinin brauzerində yerləşdirilməsi, xəbərdarlıq vasitəsilə və İstifadəçinin icazəsi ilə həyata keçirilir. Platformadan istifadəni davam edərək, İstifadəçi platforma cookies fayllarının İstifadəçinin brauzerində saxlamasına öz icazəsini verir.
4.3.	Platforma cookies-dən və oxşar texnologiyalardan, İstifadəçinin brauzerinin fəallığı prosesində İstifadəçinin qurğusunda qalan və cookies, həmçinin də daha uzun müddətli dövr ərzində İstifadəçinin qurğusunda qalan başqa oxşar texnologiyalardan istifadə edir. İstifadəçi belə cookies və oxşar texnologiyaları bloklamaqda, silməkdə və ya kəsməkdə, əgər İstifadəçinin qurğusu buna icazə verirsə, haqlıdır.
4.4.	Cookies – kompüter terminologiyasında platformadan alınmış mətn və ya ikili məlumatlar şəklində informasiyanın təsviri üçün istifadə edilən anlayışdır ki, İstifadəçidə saxlanılır, yəni brauzerdə, sonra isə, əgər platformanın İstifadəçisi ona təkrar olaraq baş çəkirsə, platformaya yollanır. Beləliklə, platforma baş çəkmə vaxtı İstifadəçinin brauzerini qeyd edir. Cookies faylları sistemə giriş və statistika yığımı üçün lazımı məlumatları yazaraq platformadan istifadəni yüngülləşdirir. Cookies faylları özündə şəxsi məlumatları saxlamır.
4.5.	Veb-mayaklar – platformada, həmçinin onun xidmətlərində, əlavələrdə, mübadilə xəbərlərində, və İstifadəçini müəyyən etmək üçün adətən cookies ilə uyğunluqda işləyən alətlərdə qoşula bilən kiçik qrafik təsvirlərdir (həmçinin "nöqtə markörləri" və ya "Şəbəkə mayakları" kimi məlumdur).
4.6.	Oxşar texnologiyalar – lokal ümumi obyektləri və ya lokal anbarı və proqram veb-əlavələrinin başqa metodları istifadə edən, brauzerdə və ya qurğuda informasiyanı saxlayan, "flashcookies" "HTML 5 cookies" kimi, texnologiyalardır. Bu texnologiyalar İstifadəçinin bütün brauzerlərində işləyə bilər, bəzi hallarda isə tamamilə brauzerlə idarə oluna bilmirlər və İstifadəçi tərəfindən təyin edilmiş əlavələr və ya qurğular vasitəsilə bilavasitə idarəetməni tələb edə bilərlər.
4.7.	Cookies-ə və oxşar texnologiyalara icazə olunmamış girişin qarşısını almaq üçün Megahome bütün təhlükəsizlik tədbirlərini görür. İstifadəçi analoji təhlükəsizlik tədbirlərini görməyi öhdəsinə götürür. Megahome zəmanət verir ki, yalnız Megahome və/və ya Servis xidmətlərinin səlahiyyətli təchizatçıları cookies məlumatlarına girişə malikdirlər.
4.8.	Platformanın xidmətlərinin təchizatçıları platformanın müxtəlif aspektləri ilə kömək edən şirkətlərdir. Megahome platformanın uyğun olan xidmətlərinin İstifadəçiyə verilməsi, həmçinin də platformanın bilavasitə fəaliyyəti ilə bağlı başqa məqsədlər üçün xidmətlərin bəzi səlahiyyətli təchizatçılarından istifadə edir. Xidmətlərin belə təchizatçıları həmçinin platformanın (kənar cookies) xidmətləri vasitəsilə cookies-i İstifadəçinin qurğusunda yerləşdirə bilərlər. Onlar həmçinin başqa informasiyanı, məsələn, IP-ünvan və ya başqa eyniləşdiriciləri, toplaya bilərlər.
5.	Platformanın yuxarıda göstərilmiş texnologiyalardan istifadə vasitəsilə toplayıb və saxladığı istənilən informasiyadan İstifadəçinin icazəsi ilə istifadə olunur.
6.	İstifadəçi brauzerin və ya qurğunun parametrlərində cookies-i idarə edə bilər. İnformasiyanın toplanmasından və saxlanılmasından imtina üçün brauzerin parametrlərində "Cookies-i saxlamamaq" bəndində bayraqcığı qurmaq, həmçinin "Cookies-i təmizləmək" düyməsini basmaq lazımdır.
7.	Sistemdə olan texniki xarakterli informasiya, məsələn, ip-ünvanlar, Platforma tərəfindən şəbəkə avadanlığının xidməti üçün, həmçinin statistik və başqa informasiyanın ümumiləşdirilməsi üçün istifadə olunur.
8.	İstifadəçinin fərdi ehtiyaclarına və maraqlarına uyğunlaşdırılan verilən servislərin yüksək keyfiyyətli təminatı məqsədi ilə platformaya İstifadəçinin sistemə son girişinin məlumatlarını saxlayır.

9.	KOMMUNİKASİYA
9.1.	Platformada qeydiyyatdan keçdiyiniz xidmətlərimizin vacib hissəsi Megahome profili yaratdığınız zaman, e-poçt və platforma vasitəsilə sizinlə əlaqə yaradılmasıdır. Əgər mobil telefonumuzdan istifadə edirsinizsə və ya bizə mobil telefon nömrənizin məlumatlarını daxil etmisinizsə, bu əlaqələrə mətn mesajları və telefon bildirişləri də daxildir.  Platformadaki hesabınız, məxfilik və məzmununuzla əlaqəli sizinlə əlaqə qurur. Megahome platformayla əlaqədar təcrübəniz və ya evinizin təmir edilməsi və dizayn planları barədə rəylərinizi soruşur. Tətbiq olunan qanuna uyğun olaraq, Megahome-dan məsləhətlər, təkliflər və bənzər xidmətləri sizə çatdırırıq və bu əlaqə ilə platformadakı mütəxəssislər, satıcılar və digər müəssisələri təmsil edə bilərik. İstədiyiniz vaxt ayarlarınızla əlaqə seçimlərinizi dəyişə bilərsiniz və eyni zamanda Megahome-dən bənzər marketinq e-poçtlarını e-poçt vasitəsilə birbaşa imtina edə bilərsiniz. Zəhmət olmasa, hesab və məxfiliklə bağlı mesajları bizdən qəbul etməkdən imtina edə bilməyəcəyinizi unutmayın.
9.2.	Megahome həm sizə, həm də başqalarına platformadan kənarda başqalarına məzmun paylaşmağa imkan verir və əgər əlaqə məlumatlarınızı ictimaiyyətə açıq halda edirsinizsə, istifadəçilər Platformadan kənarda sizinlə əlaqə saxlaya bilərlər.

10.	PROFİLİN LƏĞV EDİLMƏSİ, SİLİNMƏSİ VƏ MƏLUMATIN SAXLANILMASI
10.1.	Profilinizə keçərək hesabınızı istənilən vaxt ləğv edə bilərsiniz. Hesabınızı ləğv etdikdə, bizə davam edən və ya gələcək məlumatlarınızı təqdim etməyi dayandıracaqsınız. Profiliniz artıq görünməyəcək, lakin tətbiq olunan qanunlara və istifadə şərtlərimizə uyğun olaraq, şəkilləriniz, rəyləriniz və digər məzmununuz hələ əlçatan və görünən ola bilər. Hesabınızın tam olaraq bağlanması və silinməsi üçün bizimlə əlaqə bölməsində təsvir olunduğu kimi əlaqə saxlayın.
10.2.	Qanunla icazə vermədiyi və ya şəxsi məlumatlarınızı daha uzun müddət saxlamağımızı tələb etmədiyi təqdirdə şəxsi məlumatlarınızı yalnız hətata keçirdiyimiz məqsədləri yerinə yetirmək üçün lazım olduqda saxlayacağıq. Məsələn, Platformada keyfiyyət zəmanəti üçün şəxsi məlumatlarınızı saxlamaq və ya gələcəkdə qanuni iddialarımızı müdafiə etmək üçün lazım ola bilər. Hesabınız bağlandıqdan sonra da məcmu məlumatı saxlayacağıq. Hesabınızı bağladıqdan və ya şəxsi profilinizdən məlumatları sildikdən sonra başqaları ilə paylaşdığınız məlumatlar görünən olaraq qalacaq və başqalarının Platformadan götürdüyü məlumatları və ya məzmunu idarə etmirik. Nəzərinizdə saxlayın ki, yenilənmiş, dəyişdirilmiş və ya silinmiş məlumatlarınızın nüsxələri bir müddət sistemlərimizdə qalmağa davam edə bilər və bu məlumatların nüsxələrini iş sənədlərimizin bir hissəsi olaraq qoruya bilərik.

11.	MƏLUMAT TƏHLÜKƏSİZLİYİ
11.1.	Fərdi məlumatların xarakteristikasını və bundan irəli gələn riskləri nəzərə alaraq, şəxsi məlumatlarınızın itirilməsi, istifadəsi, icazəsiz girişi, açıqlanması, dəyişdirilməsi və məhv edilməsindən qorunması üçün ağlabatan və müvafiq tədbirlərdən istifadə edirik.

12.	MƏXFİLİK SİYASƏTİNƏ DƏYİŞİKLİKLƏRİN DAXİL EDİLMƏSİ
12.1.	Megahome bu məxfilik siyasətini zaman-zaman yenidən nəzərdən keçirə bilər, dəyişə bilər və ya silə bilər. Məxfilik Siyasətimizin ən aktual və son versiyası sizin haqqınızdakı məlumatlardan istifadəmizi idarə və təmin edəcəkdir. Megahome Məxfilik Siyasətinə vacib dəyişikliklər etsək, e-poçtla və ya Platformada bildiriş göndərməklə sizə məlumat verəcək. Bu dəyişikliklər qüvvəyə mindikdən sonra Platformaya daxil olmağa və ya istifadəyə davam edərək, yenidən işlənmiş Məxfilik Siyasətini qəbul edirsinizş.

13.	BİZİMLƏ ƏLAQƏ
13.1.	Megahome Məxfilik Siyasəti ilə bağlı suallarınız və ya şərhləriniz varsa,
13.1.1.	zəhmət olmasa, e-poç[email protected] ünvanına göndərin.