MEGAHOME İSTİFADƏÇİ RAZILAŞMASI

Megahome-a xoş gəldiniz! Megahome - ev əşyalarının onlayn alış-verişinə, evin dizaynına və təmirinə həsr olunmuş bir onlayn platformadır. Megahome ev sahiblərini, mütəxəssisləri və ev əşyaları satıcılarını bir araya gətirir. Megahome vasitəsi ilə insanlar evlərinin təmiri və dizaynı ilə əlaqəli məhsul və xidmətləri tapa bilər və bu məhsulları texnologiyamız vasitəsilə evlərində görə bilərlər.


ƏSAS ANLAYIŞLAR:
ALICI– MEGAHOME.AZın verdiyi texniki imkanlar vasitəsi ilə və elektron ödəniş edərək platformada qeyd olunmuş mal və xidmətləri sifariş edən/alan, həmçinin bu “Alıcı razılaşması”nın şərtləri ilə razılaşan fiziki və ya hüquqi şəxs;

PLATFORMA – mal və xidmətlərin onlayın alış-veriş məkanı olan, MEGAHOME.AZ ‘a məxsus olan “www.megahome.az” internet səhifəsi;

SATICI – platformada öz məhsullarını özünün istifadə etdiyi səhifədə onlayn qaydada satan və satış və çatdırılma şərtlərini özü müəyyən edən fiziki və ya hüquqi şəxs;

MÜTƏXƏSSİS – platformada öz xidmətlərini özünün istifadə etdiyi səhifədə onlayn qaydada təqdim edən, özünə aid olan görülmüş işlərin şəkillərini əlavə edən, və əlaqə/digər şərtlərini özü müəyyən edən fiziki və ya hüquqi şəxs.

MAL(LAR)/XİDMƏT(LƏR) – platformada yerləşdirilmiş hər hansı mallar, xidmətlər, təchizatlar, materiallar, əşyalar və digər material və əmtəələr (o cümlədən onların quraşdırılması və ya istənilən hissəsi);
 
SİFARİŞ – Alıcının müəyyən etdiyi ünvana çatdırılması məqsədilə platformadan mal/xidmət alınması məqsədilə platformada mövcud olan müvafiq formanın doldurularaq SATICIya elektron formada göndərilməsi;


1.	XÜSUSİ ŞƏRTLƏR
1.1.	Razılaşmanın predmetini ALICI tərəfindən şəxsi və digər məqsədər üçün platformada əks olunan malların/xidmətlərin alınması və digər formada istifadəsində imkan yaradılması təşkil edir. Bu Razılaşma şərtləri platformada cari vaxtda satışda olan bütün mal və xidmətlərə şamil olunur.
1.2.	Platformadan istifadə etmək üçün 13 yaşdan yuxarı yaşa sahib olmalısınız. 
1.3.	Platformanın müəyyən funksiyalarına daxil olmaq və istifadə etmək qeydiyyatdan keçməyinizi və platformada hesab yaratmağı tələb edəcəkdir. Platformada Facebook və ya Google hesabınız vasitəsi ilə qeydiyyatdan keçmə seçiminiz ola bilər.
1.4.	Platformadan mal sifariş edən ALICI bu RAZILAŞMAnın şərtləri ilə tam razılaşdığını bəyan edir.
1.5.	SATICI və Platformanın ofisləri əmək qanunverciliyinin tələblərinə müvafiq olaraq iş saatlarında fəaliyyət göstərir.
1.6.	Peşəkar xidmətlər təminatçısısınızsa, Mütəxəssis Profili yarada bilərsiniz. Bunu etmək üçün profilinizə daxil olaraq mütəxəssis profilinə keçid edə bilərsiniz. Mütəxəssis profili yaradsanız, sizin profilinizi platformada xidmət təmin edənlər (mütəxəssislər) bölməsində yerləşdirmək və siyahıya salmaq hüququnu verirsiniz.


2.	SİFARİŞ VƏ SATIŞ ŞƏRTLƏRİ
2.1.	Alış o vaxt baş tutmuş sayılır ki, ALICI malın/xidmətin dəyərini kassa çeki və ya alqı-satqını təsdiq edən digər sənəd qarşılığında hər hansı formada (onlayn/nağd) ödəmiş olsun.
2.2.	SATICI alış həyata keçirilənədək alış şərtlərini heç kimə xəbərdarlıq etmədən dəyişdirə bilər.
2.3.	Platformada görsənməsinə baxmayaraq əgər sifariş verilmiş  mal SATICInın anbarında yoxdursa, SATICI bu barədə ən qısa vaxt ərzində ALICIya və platformaya xəbər verməklə sifarişi ləğv edir. Sifarişin ləğvi nəticəsində ALICIya hər hansı real zərər dəyərsə, buna görə platform məsuliyyət daşımır.
2.4.	ALICI sifariş etməklə SATICInın öz öhdəliklərinin icrasını 3-cü şəxslərə tapşırmasına etiraz etmir və SATICI sifariş ilə bağlı 3-cü şəxslərin bu RAZILAŞMAdan kənara çıxan hərəkətlərinə görə məsuliyyət daşıyır.
2.5.	ALICI tərəfindən yanlış məlumat verilməsi nəticəsində sifarişin icra edilməməsinə görə nə platforma, nə də ki, SATICI məsuliyyət daşımır.
2.6.	Platforma aşağıdakı mülahizyə əsasən ALICInın sifarişini ləğv edə bilər:
2.6.1.	Əgər ALICI 4 dəfə ard-arda hər hansı malı almaqdan əsassız surətdə imtina edirsə;
2.6.2.	Əgər ALICI tərəfindən qeyri-qanuni əməliyyatların həyata keçirilməsinə şübhə varsa, habelə qeyri-etik davranış nümayiş elətdirirsə.
2.6.3.	Qeyd olunan hərəkətlər istehlakçılara münasibətdə ayrı-seçkilik kimi deyil, platforma və SATICInın maddi itkisinin qarşısının alınması kimi başa düşülməlidir.


3.	ÇATDIRILMA
3.1.	Sifariş verildikdən sonra ALICInın ünvanının məsafəsindən asılı olaraq SATICI sifarişin çatıdırılma tarixi, vaxtı və digər şərtləri barədə ALICIya məlumat verir. 
3.2.	Əgər buna obyektiv səbəb varsa, malların/xidmətlərin çatdırılma vaxtı/tarixi SATICI və platforma tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.
3.3.	Mallar/xidmətlərin çatdırılması yalnız Azərbaycan Respublikasının dövlət sərhədləri ilə məhdudlaşır. Digər hallarda Alıcı platformaya elektron məktub şəklində müraciət göndərməlidir.
3.4.	Digər istək qeyd edilməyibsə sifariş şəxsən alıcıya və/və ya qeyd etdiyi ünvanda olan istənilən 3-cü şəxsə təhvil verilir.
3.5.	Göndərilmiş malı qəbul edən ALICI (və ya 3-cu şəxs) malı kuryerdən qəbul edərkən yerində mala baxış keçirməlidir. Baxış keçirdikdən sonra ALICI (və ya 3-cu şəxs) malin çatıdılmasını təsdiq edən sənədi imzalayır və bununla mala dair hər hansı iddia olmadığını bəyan edir.
3.6.	Müvafiq təhvil-təslim aktı qarşılıqlı imzalandıqdan sonra mala dəymiş zərərə görə ALICI məsuliyyət daşıyır.
3.7.	ALICIya təqdim olunan malların üzərində qanunvericiliklə müəyyən olunmuş bütün texniki və s. zəruri sənədlər verilir.
3.8.	Çatdırılma və ya digər problemlər ilə bağlı SATICI platformanın administrasiyasına öz şikaytlərini elektron qaydada təqdim edə bilər.


4.	QİYMƏT SİYASƏTİ
4.1.	Platformada satılan malların qiyməti vergilər daxil olmaqla Azərbaycan manatı ilə göstərilir.
4.2.	Platformada malın qiyməti SATICI tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.
4.3.	SATICI birtərəfli qaydada öz mallarına endirim tətbiq edə bilər. Eyni malı satan başqa SATICInın da eyni endirimi etmək öhdəliyi yoxdur.
4.4.	Əgər platformada malın qiyməti səhv göstərilibsə, SATICI sifarişin edilməsindən asıl olmayaraq malı geri götürüb ödənişi ALICIya qaytarır.


5.	ZƏMANƏT
5.1.	Məhsullara/xidmətlərə dair zəmanət müddəti malın istehsalçısı tərəfindən müəyyən olunur.
5.2.	Satıcılar tərəfindən satılan məhsullar üçün, zəmanət məlumatları satıcıya və həmin məhsul üçün göndərmə məlumatlarına, adətən "Qaytarılma" bağlantısı bölməsində verilmişdir. Məhsul üçün göstərilən hər hansı bir zəmanəti təmin etmək öhdəliyi Alıcı ilə Satıcı ya da istehsalçı və ya təchizatçı arasındadır.
5.3.	Malın təyinatına uyğun olmayan formada istifadə nəticəsində ALICIya vurulmuş zərərə görə SATICI və ya platforma məsuliyyət daşımır.


6.	MƏHSUL GERİ QAYTARMAQ VƏ YA DƏYİŞDİRMƏK
6.1.	Sifariş verdiyiniz bir əşyanın zədələnmiş və ya qüsurlu olması təqdirdə dəyişdirmək və ya tam geri qaytarmaq üçün geri qaytara bilərsiniz. 
6.2.	Məhsulu daşıyıcıdan qəbul etməzdən əvvəl məhsulu və qablaşdırılmasını yoxlamağı məsləhət görürük. Qablaşdırma və ya məhsul gələn zaman zədələnmiş görünürsə, zədələnmiş hissənin şəkillərini çəkməlisiniz və daşıyıcıya məlumat verərək və çatdırılmadan imtina edə bilərsiniz.

7.	KOMMUNİKASİYA
7.1.	Platformada olan sifariş formasını doldurmaqla ALICI özünə aid əlaqə vasitələri barədə məlumatların SATICI və ya SATICInın müəyyən etdiyi digər şəxslər tərəfindən istifadəsinə etiraz etmir. Bura gələcəkdə ALICIya müxtəlif endirim kompaniyaları, digər əlaqəli məlumatların göndərilməsi aiddir.

8.	FORS MAJOR
8.1.	“www.megahome.az” səhifəsində texniki-profilaktik işlərin aparıldığı günlərdən, aşağıda qeyd olunan və fors-major hallardan başqa, ALICI günün, ayın, ilin instənilən vaxtı platformanın xidmətlərindən istifadə edə bilər. Platformanın iradəsindən kənar səbəblərdən dolayı platformanın fəaliyyətinin istənilən müddətdə dayanması, habelə platformanın və SATICInın bu Razılaşmadan irəli gələn öhdəliklərinin icrasının qeyri-mümkünlüyü səbəbindən ALICIya zərər dəyərsə, bu halda platforma, və ya SATICI hər hansı məsuliyyət daşımır.


9.	MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI
9.1.	Sifariş ALICI ilə SATICI arasında bağlanılmış müqavilə hesab olunur və hər iki tərəfin bu Razılaşmadan və qanunsuz hərəkətlərdən irəli gələn zərər və deliktlərə görə MEGAHOME.AZ/ Platforma məsuliyyət daşımır.
9.2.	Platforma SATICI və MÜTƏXƏSSİS tərəfindən satış üçün təqdim olunmuş mal/xidmətlər haqqında məlumatların düzgünlüyünə, habelə SATICI tərəfindən ALICIya aid məlumatlardan qeyri-qanuni istifadəyə görə məsuliyyət daşımır.
9.3.	ALICI tərəfindən yanlış məlumat verilməsi nəticəsində sifarişin icra edilməməsinə görə nə platforma, nə də ki, SATICI məsuliyyət daşımır.
9.4.	Platformada satış üçün nəzərdə tutulmuş malların şəkilləri illüstrativ təyinatlı olmaqla alınmış malla 100% eyni olmaya bilər. Məlumatlarda əhəmiyyətli çatışmamazlıq olduğu təqdirdə, ALICI platformaya yazılı müraciət ünvanlaya bilər.
9.5.	Malın tamlığı, keyfiyyəti, çatdırılması və s. göstəricilərə görə platforma ALICI qarşısında məsuliyyət daşımır. ALICI bu cür iddiaları SATICIya qarşı irəli sürə bilər.
9.6.	Bank kartı vasitəsilə onlayn ödəniş edilərkən bank xidməti göstərən şirkət əməliyyatın dələduzluq və digər qeyri-qanuni məqsədlərlə həyata keçirildiyini müəyyən edərsə, ödənişi ləğv edə bilər. Bu cür hallardan yaranan mübahisələrə görə SATICI və platforma məsuliyyət daşımır.


10.	MÜBAHİSƏLƏRİN HƏLLİ
10.1.	Bu Razılaşmadan irəli gələn və ya onunla, o cümlədən onun təfsiri, icrası, xitamı və etibarsızlığı ilə bağlı yaranan bütün mübahisələr və ya iddialar, ilk növbədə tərəflər arasında vicdanla və dostcasına danıĢıqlar yolu ilə həll edilir. Əgər bu cür mübahisə 5 iş günü ərzində Tərəflər arasında həll edilməzsə, bu halda həmin mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir.
10.2.	Platformada satılan mallar/xidmətlər, həmçinin satış şərtləri Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 408-ci maddəsinə əsasən ümumi oferta hesab olunur.
10.3.	Platformadan istifadə nəticəsində fərdi məlumatlardan istifadə üzrə münasibətlər “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.
10.4.	SATICIya qarşı iddialar SATICInın platformadakı əlaqə vasitələri ilə, platformaya olan iddalarla bağlı isə [email protected]  ünvanına yazıla bilər. Müraciətlərə ən qısa vaxt ərzində baxılır.


11.	MÜTƏXƏSSİS PROFİLİ SİYASƏTİ
Peşəkar xidmətlər təminatçısısınızsa, Mütəxəssis Profili yarada bilərsiniz. Bu profille keçid alaraq mütəxəssislər, Megahome İstifadə Şərtləri (Düzgün İstifadə Siyasəti də daxil olmaqla) və bu Mütəxəssis Profil Siyasəti ilə razılaşaraq, öz işlərini nümayiş və reklam etmək üçün platformada mövcud olan xüsusiyyətlərdən və funksiyalardan istifadə edə bilərlər. Mütəxəssis profili yaradsanız, sizin profilinizi platformada xidmət təmin edənlər (mütəxəssislər) bölməsində yerləşdirmək və siyahıya salmaq hüququnu verirsiniz.

Mütəxəssis Profil yaratmaqla aşağıdakı bütün bəndlər ilə tanış olmuş və qəbul etdiyinizi təsdiq edirsiniz:
11.1.	Səlahiyyətli şəxs. Müvafiq xidmət  üçün Mütəxəssis Profili yaratmaq üçün səlahiyyətli bir şəxssiniz.
11.2.	Dəqiq və doğru məlumat.
11.2.1.	İşinizlə bağlı dəqiq, doğru və dolğun məlumat verəcəksiniz və bütün iş məlumatlarını daimi yeniləyəcəksiniz;
11.2.2.	İşiniz üçün yalnız bir Mütəxəssis Profili yaradacaqsınız;
11.2.3.	Məhsullarınızı və xidmətlərinizi dəqiq təsvir edən bir iş kateqoriyasını seçəcəksiniz; və
11.2.4.	Megahome tərəfindən dəstəklənməyən biznes kateqoriyalar üçün yaradılan mütəxəssis profilləri xəbərdarlıq edilmədən silinəcəkdir.
11.3.	Lisenziya məlumatı. Əgər peşəniz və ya biznesiniz lisenziyaya ehtiyac duyarsa, Megahome-də onlayn olaraq işinizi reklam etmək üçün lazım olan bütün lisenziyalaşdırma məlumatlarını verməyə razısınız. Bundan əlavə, siz təqdim etdiyiniz hər hansı bir lisenziya məlumatının dəqiq və aktual olduğunu bildirirsiniz və təsdiqləyirsiniz.
11.4.	Layihələr. Mütəxəssis Profilinizdə yerləşdirilən hər hansı bir Layihənin öz işinizi təmsil etdiyinə razısınız və başqalarının işini yerləşdirməyəcəksiniz.
11.5.	Siyahıdaki siralamaya zəmanət verilmir. Megahome-da Mütəxəssis Profilinizin axtarış nəticələrinin yuxarı sıralamalarda yerləşməyinə zəmanət verilmir və bir sıra amillərdən, o cümlədən fotoşəkillərin, istifadəçilərin ünsiyyətinin populyarlığından və həcmindən asılıdır. Megahome, ödənişli marketinq paketlərinin bir hissəsi istisna olmaqla platformada xüsusi yerləşdirmələrə zəmanət vermir.
11.6.	Rəylər. Müştərilər işinizi Mütəxəssis profilinizdə nəzərdən keçirərək rəy bildirə bilər. Bütün rəylərin Rəy Siyasətimiz uyğul olmalı olduğuna baxmayaraq, Megahome-ın, mütəxəssisin ödənişli müştəri olub-olmamasından asılı olmayaraq, Rəy Siyasətini pozmayan mənfi rəyləri silmədiyini başa düşürsünüz və qanunun tələb edə biləcəyi hallar istisna olmaqla razılaşırsınız.
11.7.	Siyahıdan çıxarılma.  Megahome İstifadə Şərtlərinə uyğun olaraq, Mütəxəssis Profilinizi ləğv etsəniz və ya silsəniz, ləğv və ya silinməzdən əvvəl təqdim etdiyiniz hər hansı bir yazı, paylaşım və ya fotoşəkil Saytda yayımlana bilər.
11.8.	Müştəri məlumatları. Mütəxəssislər ilə əlaqədar toplanan şəxsi məlumatlar, Megahome Məxfilik Siyasətinə uyğun olaraq, Megahome tərəfindən saxlanacaqdır. Müştərilərin Şəxsi məlumatlarını Platforma vasitəsilə aldığınız təqdirdə istifadəçi məlumatlarını yalnız verilmiş məqsəd üçün istifadə edə bilərsiniz, yəni müvafiq şəxsə vaxtında cavab vermək və ya başqa bir şəkildə istifadəçi tərəfindən səlahiyyət verildiyi üçün. Müştəri məlumatlarının məxfiliyini qorumalı və müştəri məlumatlarının qorunması üçün müvafiq təhlükəsizlik tədbirlərindən istifadə etməlisiniz. Müştəri məlumatları yalnız Şəxsi Məlumatın aid olduğu şəxsin icazə verdiyi dərəcədə və ya subpodratçılarınızın səlahiyyətli olduğu dərəcədə bölüşə və paylaşa bilərsiniz, bu şərtlə ki, subpodratçıların bu müddəaya uyğunluğunu təmin etmək üçün məsuliyyət daşıyarsınız. Yuxarıda göstərilənlər məhdudlaşdırmadan istifadəçi məlumatlarını satmamalısınız.
11.9.	Kommunikasiya məlumatları. Platformada hesab yaratdığınızda, unutmayın ki, Megahome-a əvvəlcədən daxil etdiyiniz kommunikasiya məlumatlarınız Megahome hesabınıza köçürülməyəcəkdir.

12.	SİZİN KONTENTİNİZ
12.1.	Siz bununla platformaya kontentinizi və ya onun hər hansı bir hissəsini bütün dünyada istənilən formatda, mediada və ya paylama metodunda istifadə etmək, çoxalma, emal etmək, uyğunlaşdırmaq, kütləvi şəkildə həyata keçirmək, ictimaiyyətə göstərmək, dəyişdirmək ilə əlaqəliqeyri-müstəsna, əbədi, geri dönməz, tam ödənilmiş, dünya miqyasında bir lisenziyanı və icazə təqdim edirsiniz.Belə icazə əbədi olacaq və qanunla icazə verilən maksimum dərəcədə hər hansı bir səbəbdən geri alına bilməz. Bundan əlavə, tətbiq olunan qanuna əsasən icazə verilən həddə, konteninizdə ola biləcək hər hansı bir mənəvi hüququnuzu təmin edilməməsini qəbul edirsiniz.
12.2.	Platforma istifadəçilərə platformanın xüsusiyyətlərini və funksiyalarını təqdim etmək üçün sizin kontentinizi nümayiş etmək və istifadə etmək hüququna malikdir.
12.3.	Kontentinizi Megahome Platformasına yerləşdirməklə, mülkiyyət hüququnuz olduğunu və ya kontentinizdən bu şəkildə istifadə etməyiniz üçün lazımlı lisenziyaları və ya icazələri əldə etdiyinizi bizə bildirir və zəmanət verirsiniz. Kontentinizlə əlaqədar olaraq əqli mülkiyyətin və ya başqalarının şəxsi hüquqlarının pozulmaması üçün tam məsuliyyəti qəbul edirsiniz. Kontentinizin Megahome'ın İstifadə qaydalarını, qadağan olunmuş məhsullar siyasətini və ya tətbiq olunan qanun və ya qaydaları pozmadığına cavabdehsiniz. 
12.4.	Platforma kontentinizi hər hansı bir səbəbdən xəbərdarlıq etmədən tamamilə və ya qismən redaktə/düzəliş etmək, paylaşmaqdan imtina etmək və ya silmək hüququna sahibdir. Bütün kontentinizi dərc edəcəyimizə zəmanət vermirik.

13.	QADAĞAN OLUNMUŞ MƏHSULLAR
Satıcının və ya Mütəxəssisin Megahome platformasında siyahıya salmaq istədiyi hər bir məhsul üçün məlumatlar hər zaman dəqiq və tam şəkildə saxlanılmalıdır. Əgər məhsul haqqında məlumatlar dəqiq deyilsə, xahiş edirik məlumatlar haqqında yeniləmələr edilənə gədər məhsulu deaktiv vəziyyətə keçirəsiniz.
13.1.	Bundan əlavə, aşağıdakı qaydalar tətbiq olunur:
13.1.1.	MEGAHOME.AZ vasitəsilə məhsulu satmaqdan başqa hər hansı bir məqsəd üçün məhsulun siyahısının yaradılması qadağandır.
13.1.2.	Məhsulun siyahısında saxta, qeyri- dəqiq və ya səhv ad, təsvir, marka, model və UPC daxil olmaqla, lakin bununla məhdudlaşmayan məhsul identifikasiya məlumatları istifadə edilməsi qadağandır.
13.2.	MEGAHOME.AZ, etibarlı və etimadlı bir alış təcrübəsi təmin etməyə çalışır. MEGAHOME.AZ-da aşağıdakı məhsulların satışı qadağandır:
13.2.1.	Qanunla qadağan olunmuş məhsullar
13.2.2.	Oğurlanmış və ya saxta məhsullar
13.2.3.	Həqiqətən qədim və ya antik məhsullar istisna olmaqla istifadə olunan məhsullar
13.2.4.	Geri qaytarılan və ya qüsurlu məhsullar
13.2.5.	Silahlar (sənət əsəri və ya antika hesab olunarsa nadir hallarda məqbul ola bilər)
13.2.6.	Başqalarının müəllif hüquqlarını, ticarət nişanlarını və əqli mülkiyyətini, və ya şəxsi hüquqlarını pozan məhsullar
13.2.7.	Məhsul adları, təsvirlər, loqotiplər və ya şəkillərdə təhqiredici, zorakı, ədəbsiz, və ya uyğunsuz məzmunu olan məhsullar, o cümlədən bunlarla məhdudlaşmayan məhsullar.
Bu siyasətin pozulduğu hesab olunan bir məhsulu satarsanız, Megahome, öz mülahizəsinə görə dərhal məhsul siyahılarınızı silə bilər, satış imtiyazlarınızı dayandıra və hesabınızı ləğv edə bilər. Bundan əlavə, qanunsuz məhsul satırsınızsa, Megahome ödəməni dayandıra bilər.